Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirməkdə təqsiləndirilən şəxsin istintaqı başa çatıb

Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirməkdə təqsiləndirilən şəxsin istintaqı başa çatıb Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Qarayevin ibtidai istintaqı başa çatıb.
Hadisə
1 Dekabr , 2022 09:34
Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirməkdə təqsiləndirilən şəxsin istintaqı başa çatıb

Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Qarayevin ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və iş hakim Eldar İsmayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin avqustunda paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisindənda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü B.Qarayev bıçaqla 1998-ci il təvəllüdlü Niyaməddin Muradova xəsarətlər yetirərək öldürüb.

B.Qarayevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, qətlə yetirilən N.Muradov Vətən müharibəsi iştirakçısıdır. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi