​​​​​​​Bakıda üç avtomobil toqquşub, üç nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-3

​​​​​​​Bakıda üç avtomobil toqquşub, üç nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-3 Bağırov körpüsü adlanan hissəyə yaxın yerdə yol nəqliyyat hadisəsi baş verib
Hadisə
1344
19 Aprel , 2021 10:47
​​​​​​​Bakıda üç avtomobil toqquşub, üç nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-3
0 : 00
0 : 00

Video əlavə olunub

00:20

Heydər Əliyev prospektində baş verən ağır yol qəzasında xəsarət alan üç nəfərin şəxsiyyəti məlum olub.

“Report”un məlumatına görə, üç avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Əliyev Nemət Rafiq oğlu, 1982-ci il təvəllüdlü Kazım Quliyev Verdiyev Samir Sahib oğlu xəsarət alıb.

Ə. Nemətə qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

K. Quliyevə isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

23:12 - 18.04.2021

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, prospektin “Bağırov körpüsü” adlanan ərazisində iki “Toyota” və bir “Opel” markalı avtomobil toqquşub.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və DYP əməkdaşları cəlb edilib.

Xəsarət alan üç nəfər xəstəxanaya aparılıb.

Qəzanın baş vermə səbəbi araşdırılır.

23:02

Bakının Heydər Əliyev prospektində “Bağırov körpüsü” adlanan hissəyə yaxın yerdə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, hazırda hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi