Bakıda tanışını qətlə yetirən şəxsə hökm oxunub

Bakıda tanışını qətlə yetirən şəxsə hökm oxunub Bakıda qətl törətməkdə təqsirləndirilən Rabil Qasımova hökm oxunub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə
3 Oktyabr , 2022 16:41
Bakıda tanışını qətlə yetirən şəxsə hökm oxunub

Bakıda qətl törətməkdə təqsirləndirilən Rabil Qasımova hökm oxunub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu il aprelin 4-ü saat 23 radələrində paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı tanışı, 1982-ci il təvəllüdlü Bəhruz Quliyevi bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

R.Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi