Bakıda üç nəfər taksi sürücüsünü bıçaqla hədələyib

Bakıda üç nəfər taksi sürücüsünü bıçaqla hədələyib Bakıda taksidə 3 nəfər bıçaqla hədələnib.
Hadisə
29 İyul , 2022 12:16
Bakıda üç nəfər taksi sürücüsünü bıçaqla hədələyib

Bakıda üç nəfər taksi sürücüsünü bıçaqla hədələyib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə iyulun 26-da saat 23 radələrində Xocəsən qəsəbəsi ərazisində “Tofaş” markalı taksidə 3 nəfərin Masallı rayon sakini Ş.Əliyevi bıçaqla hədələyib içərisində pulu və sənədi olan pul qabısı quldurluq yolu ilə talamaları və avtomobildən düşürmələri barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Abşeron rayon sakini K.Quliyev, Sabirabad rayon sakini A.Həsənov və Bərdə rayon sakini S.Kərimova müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi