Bakıda taksi sürücüsü müştərisi olan qadını qaçırmaq istədi

Bakıda taksi sürücüsü müştərisi olan qadını qaçırmaq istədi Bakıda taksi sürücüsü müştərisi olan qadına əxlaqsız təklif edib
Hadisə
19 May , 2021 10:02
Bakıda taksi sürücüsü müştərisi olan qadını qaçırmaq istədi

Bakıda taksi sürücüsü müştərisi olan qadına əxlaqsız təklif edib.

“Report”un xəbərinə görə, bu barədə qadının özü sosial şəbəkələrdə məlumat paylaşıb.

O bildirib ki, axşam saatlarında işdən çıxıb, metronun “20 Yanvar” stansiyasının yaxınlığında taksiyə əyləşib:

“Məni və qoca kişini müştəri kimi, götürdü və qeyd etdi ki, kişini “Şamaxinka”da düşürüb geri qaydacaq, yerinə başqa adamlar yığıb və yoluna davam edəcək. “Şamaxinka”da kişi maşından düşdü və ikimiz qaldıq. “İnşaatçılar”dan xüsusi sifarişlə müştəri götürəcəyini dedi. Məni “Qurd Qapısı” adlanan əraziyə apardı və içi dolu çanta götürüb qoydu baqaja, maşına isə heç kəs minmədi. Təşvişə düşdüm, hara gedəcəyimizi soruşdum. Anamdan zəng gəlirdi, gecə olduğundan yolları ayrıd edə bilmirdim. Suallar verməyə başladı, bir də baxdım ki, maksimum sürətlə “Sədərək” yolundayıq. O, mənə əxlaqsız təklif edirdi. Həm də məni şantaj edirdi. Anama zəng edib, polisə məlumat verməsi üçün qışqırdım. Ancaq heç bir şey bu əclafa təsir etmədi. Səylərim nəticəsində heç bir şey olmadan məni metronun “20 Yanvar” stansiyasında düşürdü”.

Qadının sözlərinə görə, hadisə barədə polis əməkdaşlarına müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi