Bakıda qızına cehiz almaq üçün dələduzluq edən qadın apellyasiya şikayəti verib
Hadisə
- 06 iyun, 2017
- 06:03
Bakı. 6 iyun. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Şöhrət Amanova barəsində olan hökmdən apellyasiya şikayəti verib.
“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 7-nə təyin edilib.
İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Amanova Bakıda bir sıra şəxsdən qızına cehiz, geyim alıb. O, aldığı malların sonradan pulunu verməyib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan qadın dələduzluqda ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Amanova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Son xəbərlər
15:55
Foto
İrandan Azərbaycana daha 40 nəfər təxliyə edilib - YENİLƏNİB-2
Xarici siyasət15:54
Foto
Kürdəmirdə 4 otaqlı ev yanıb
Hadisə15:50
Asif Sayadov Çin döyüş növləri üzrə beynəlxalq turnirdə qızıl medal əldə edib
Fərdi15:50
Livan ölkədəki vəziyyətlə əlaqədar parlament seçkilərini təxirə salıb
Digər ölkələr15:47
Florens Şmit: "Enerji daşıyıcılarının tədarükü ilə bağlı problemlər 3 ayadək davam edə bilər"
Energetika15:37
Viktor Orban enerji daşıyıcılarının qiymətlərinin artmasına görə hökumətin təcili iclasını çağırıb
Digər ölkələr15:32
Makron Şərqi Aralıq dənizində təhlükəsizliyi müzakirə etmək üçün Kiprə yollanır
Digər ölkələr15:29
Fransa BMT Təhlükəsizlik Şurasını Livandakı vəziyyətlə əlaqədar təcili iclas keçirməyə çağırıb
Digər ölkələr15:22
Foto