​Bakıda qısqanclıq zəminində arvadını öldürən şəxsin cinayət işinin istintaqı başa çatıb

​Bakıda qısqanclıq zəminində arvadını öldürən şəxsin cinayət işinin istintaqı başa çatıb Cinayət işi hakim Əlisultan Osmanovun icraatına verilib
Hadisə
26 May , 2016 14:31
​Bakıda qısqanclıq zəminində arvadını öldürən şəxsin cinayət işinin istintaqı başa çatıb

Bakı. 26 may. REPORT.AZ/ Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin istintaqı başa çatıb.

“Report”un məlumatına görə, 1983-cü il təvəllüdlü Tahir Niyaz oğlu Mürsəlovun cinayət işi üzrə Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunda aparılmış istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əlisultan Osmanovun icraatına verilib. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, qətl hadisəsi Bakı şəhərinin Sabunçu rayonunun Məhəmmədi qəsəbəsindəki "Yeni yaşayış massivində" baş verib. 1983-cü il təvəllüdlü T.Mürsəlov həyat yoldaşı 1991-ci il təvəllüdlü Nigar Təslim qızı Mürsəlova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı ər bıçaqla həyat yoldaşına çoxsaylı zərbələr endirib. Yaralı N.Mürsəlovanı qonşusu avtomobili ilə xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib. T.Mürsəlov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Bolis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) cinayət işi başlanıb. 

Son xəbərlər

Orphus sistemi