Bakıda qadını xüsusi amansızlıqla qətlə yetirən şəxsə hökm oxunub

Hadisə
  • 04 noyabr, 2021
  • 09:12
Bakıda qadını xüsusi amansızlıqla qətlə yetirən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Telman Mövsümzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report" xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Mövsümzadə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il yanvarın 17-də Bakı şəhəri Pirallahı rayon sakini Ramazanova Lalə Ələmdar qızının bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla zərərçəkmişin tanışı Mövsümzadə Telman Gülağa oğlunun Lalə Ramazanovanın ona irad bildirməsinə əsəbləşərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla sonuncunun boğaz nahiyəsinə xəsarətlər yetirərək aşkar surətdə xüsusi ağrılar yetirdiyini və əzab verdiyini dərk edərək qəsdən öldürməsinə və törətmiş olduğu cinayət əməlini gizlətmək məqsədilə meytini yaşadığı evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Telman Mövsümzadə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

44 - Tezliklə