Bakıda polislər taksi sürücüsünə qarşı soyğunçuluq edənləri zərərsizləşdirib, xəsarət alan var

Bakıda polislər taksi sürücüsünə qarşı soyğunçuluq edənləri zərərsizləşdirib, xəsarət alan var Bakıda soyğunçuluq edən iki nəfər polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Hadisə
11 Avqust , 2023 01:43
Bakıda polislər taksi sürücüsünə qarşı soyğunçuluq edənləri zərərsizləşdirib, xəsarət alan var

Bakıda soyğunçuluq edən iki nəfər polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki nəfər naməlum şəxs taksiyə oturaraq bıçaqla sürücüyə hədə-qorxu gəlib və ondan pul tələb ediblər.

Bu zaman taksi sürücüsü avtomobildən qaçaraq ərazidə növbə çəkən polis əməkdaşlarına məlumat verib.

Sabunçu rayonu Polis İdarəsinin əməkdaşı İsmayılov Çərkəz Füzuli oğlu və onun növbə yoldaşı tərəfindən soyğunçular zərərsizləşdirilib.

Bu zaman soyğunçulardan biri özünə bıçaqla xəsarət yetirib və daha sonra polis əməkdaşına bıçaqla xəsarət yetirməyə cəhd edib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi