Bakıda piyadaları avtomobillə vuraraq öldürən sürücülər hadisə yerindən qaçıb

Bakıda piyadaları avtomobillə vuraraq öldürən sürücülər hadisə yerindən qaçıb Bakıda piyadaları avtomobillə vuraraq öldürən sürücülər hadisə yerindən qaçıb.
Hadisə
3 Aprel , 2023 09:40
Bakıda piyadaları avtomobillə vuraraq öldürən sürücülər hadisə yerindən qaçıb

Bakıda piyadaları avtomobillə vuraraq öldürən sürücülər hadisə yerindən qaçıb.

"Report"un məlumatına görə, hadisələr aprelin 1-də qeydə alınıb.

Saat 23:30 radələrində naməlum sürücü idarə etdiyi dövlət qeydiyyat nömrəsi bəlli olmayan “Reno” markalı avtomobillə Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olarkən piyada, 1959-cu il təvəllüdlü Məlikova Simuzər Nurməmməd qızını vuraraq hadisə yerindən qaçıb.

Piyada S.Məlikova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin 1997-ci il təvəllüdlü Əhmədov İsmət Habil oğlu olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər hadisə isə saat 22:30 radələrində Sabunçu qəsəbəsi ərazisində baş verib.

Belə ki, naməlum sürücü idarə etdiyi naməlum avtomobillə hərəkətdə olan piyada, 1956-cı il təvəllüdlü İsmayılov Elyaz Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi