Bakıda oteldə qalan əcnəbi vətəndaşın telefonunu və üzüyünü oğurlayan qadın tutulub
Hadisə
- 29 iyun, 2018
- 06:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda əcnəbi vətəndaşdan oğuruq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 26-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı hoteldə otağından mobil telefon və üzüyünün oğurlandığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini S.Kişiyeva olduğu məlum olub. “Huawei” markalı mobil telefon və üzük maddi sübut kimi ondan götürülüb.
Son xəbərlər
23:17
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika
23:01
Ərdoğanla Tramp arasında telefon danışığı olub, qlobal proseslər müzakirə edilib
Region
22:47
"LANDAU Lions" FIBA Avropa Kubokunda Türkiyə təmsilçisinə qalib gəlib
Komanda
22:30
Foto
Kriştianu Ronaldunun 2008-ci ildə qazandığı "Qızıl top" mükafatı bütün dövrlərin ən yaxşısı seçilib
Futbol
22:24
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
Digər ölkələr
22:00
Maduronun işinə baxan hakim Elvin Hellerştayn 92 yaşında vəfat edib
Digər ölkələr
21:53
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Xarici siyasət
21:49
"Barselona" Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək
Futbol
21:42
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
Xarici siyasət