Bakıda oğurluq edən şəxsdən başqa evdən oğurladığı silah aşkar edilərək götürülüb

Hadisə
  • 06 yanvar, 2017
  • 07:46
Bakıda oğurluq edən şəxsdən başqa evdən oğurladığı silah aşkar edilərək götürülüb

Bakı. 6 yanvar. REPORT.AZ/ Bakıda oğurluq edən şəxsdən odlu silah aşkar edilərək götürülüb.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Bakı şəhər sakini Lətif İsmayılova məxsus mağazadan tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunan Səlahəddin Əliyev tutulub.

Ondan qundağı və lüləsi kəsilmiş "İJ-12" markalı ov tüfəngi götürülüb. Araşdırmalarla onun qeyd edilən tüfəngi ötən il dekabrın 28-də Goradil bağlar sahəsindəki evlərdən birindən oğurlaması, sonradan lüləsini və qundağını kəsməsi müəyyən edilib.

Araşdırma aparılır.

44 - Tezliklə