Bakıda mühafizəçini bıçaqlayan şəxsə hökm oxunub
- 21 may, 2018
- 07:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qızla gəldiyi binanın həyətində mühafizəçini bıçaqlamaqda təqsirləndirilən Mehdi Ovçuzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Ovçuzadə 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Bakı şəhərində baş verib. M.Ovçuzadə tanışı olan qızla qohumunun evinə gəlib. O, bu zaman maşını binanın qarşısında saxlayıb. Daha sonra binanın mühafizəçisi ilə M.Ovçuzadə arasında mübahisə yaranıb. Mühafizəçi Mirzəməhəmməd Abduləzizov M.Ovçuzadəyə axmaq deyib. Bundan sonra M.Ovçuzadə gəzdirdiyi bıçaqla mühafizəçini vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. M.Ovçuzadə bir müddət istintaqdan yayınıb. Daha sonra polis tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağalamlığa zərər vurma) maddəsi ilə ittiham verilib.