Bakıda marşrut avtobusunun iştirakı ilə qəza baş verib
Hadisə
- 14 fevral, 2019
- 08:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib.
Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, "Toyota" markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Minik maşınının sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq.
Son xəbərlər
22:41
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
Region22:35
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib
Region22:23
Almaniya kəşfiyyatının sabiq rəhbəri ilə bağlı qalmaqal Polşa və Britaniyada narahatlıq doğurub
Digər ölkələr22:09
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib
Digər ölkələr21:57
"Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir
Energetika21:45
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub
Digər ölkələr21:32
Orxan Məmmədov Qırğızıstanın idman rəsmiləri ilə birgə layihələri müzakirə edib
Futbol21:27
Slovakiya Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı nəzərdən keçirir
Energetika21:23