Bakıda lisey direktorunun evindən oğurluq edən dayəyə hökm oxunub

Bakıda lisey direktorunun evindən oğurluq edən dayəyə hökm oxunub Bakıda oğurluqda təqsirləndirilən Gülnar İsmayılovaya hökm oxunub, ona şərti cəza verilib.
Hadisə
6 Yanvar , 2022 14:12
Bakıda lisey direktorunun evindən oğurluq edən dayəyə hökm oxunub

Bakıda oğurluqda təqsirləndirilən Gülnar İsmayılovaya hökm oxunub, ona şərti cəza verilib.

“Report”un xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə çıxarılıb.

Qeyd edək ki, hadisə 2019-cu ilin sentyabr ayından 12 mart 2020-ci il tarixədək olan müddət ərzində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, G.İsmayılova Bakıda liseylərin birində direktor vəzifəsində çalışan Sevinc Orucovanın evindən ümumilikdə 57 800 manatlıq oğurluq edib.

Daha sonra zərərçəkmiş hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə şikayət edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

G.İsmayılova şübhəli şəxs qismində saxlanılıb.

Məhkəmədə ifadə verən G.İsmayılova bildirib ki, S.Orucovanın uşağının dayəsi olub. Təqsirləndirilən şəxs həmçinin deyib ki, S.Orucova direktor olduğu liseydə onu lobarant kimi işə qəbul etdirib.

Son xəbərlər

Orphus sistemi