Bakıda kişi qətlə yetirilib
Hadisə
- 21 iyun, 2021
- 06:04
İyunun 20-i saat 18 radələrində Binəqədi rayon ərazisində 1985-ci il təvəllüdlü Ramil Orucluya məxsus meyitin aşkar edilməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Binəqədi Payon Prokurorluğundan məlumat verilib.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1988-ci il təvəllüdlü Zeynal Zeynalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramil Orucluya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Zeynal Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Son xəbərlər
20:25
Bakıda marketlərə müştəri kimi daxil olub oğurluq edən şəxslər saxlanılıb
Hadisə20:22
Ankarada Xocalı Abidəsinin önündə anım mərasimi keçirilib
Xarici siyasət20:14
Azərbaycan Yüksək Liqası: "Abşeron" və "DH Volley" kollektivləri qələbə qazanıb
Komanda20:05
Artur Sarkisyanın ev dustaqlığı 3 ay müddətinə uzadılıb
Region19:55
Azərbaycan və İndoneziya əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Xarici siyasət19:55
Foto
AFFA-nın D kateqoriyalı məşqçi kurslarının ikinci günü nəzəri və praktiki sessiyalarla davam edib
Futbol19:47
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Xarici siyasət19:35
Foto
Naxçıvanda Xocalı soyqırımına həsr edilmiş şahmat yarışı keçirilib
Fərdi19:27