Bakıda kişi və oğlu bıçaqlanaraq qətlə yetirilib, həyat yoldaşı, nəvəsi xəsarət alıb - YENİLƏNİB

Bakıda kişi və oğlu bıçaqlanaraq qətlə yetirilib, həyat yoldaşı, nəvəsi xəsarət alıb - YENİLƏNİB Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın və oğlu 1971-cil il təvəllüdlü Ra
Hadisə
29 noyabr 2022 19:16
Bakıda kişi və oğlu bıçaqlanaraq qətlə yetirilib, həyat yoldaşı, nəvəsi xəsarət alıb - YENİLƏNİB

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Yaralılardan daha bir nəfər, 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

21:44

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Orphus sistemi