Bakıda keçmiş ərini öldürən qadının məhkəməsi başlayıb
Hadisə
- 18 aprel, 2016
- 10:36
Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş ərini öldürməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Səbinə İmanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report"un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası aprelin 25-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il Nəsimi rayonunda baş verib. S.İmanova keçmiş ərini bıçaqla qətlə yetirib. Polis əməkdaşları tərəfindən saxlanılan S.İmanova hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib.
O, Cinayət Məcələsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.
Son xəbərlər
18:38
Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir
Region18:35
Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib
Biznes18:22
IATA: Bu il aviaşirkətlərin yanacaq xərcləri təxminən 350 milyard dollar təşkil edəcək
İnfrastruktur18:18
Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub
Region18:17
Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
Fərdi18:11
Foto
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
Sosial müdafiə18:07
Avropa çempionatı: Belçika millisi Bakıda növbəti qələbəsini qazanıb
Komanda17:59
Foto
Video
Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib
Media17:57
Foto
Video