Bakıda restoranda karantin qaydalarını pozan 25 nəfər cərimələnib

Bakıda restoranda karantin qaydalarını pozan 25 nəfər cərimələnib Nərimanov rayonunda karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib.
Hadisə
16 noyabr 2021 06:09
Bakıda restoranda karantin qaydalarını pozan 25 nəfər cərimələnib

Nərimanov rayonunda karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbir zamanı Ə.Rəcəbli küçəsində yerləşən "Altus" otelinin daxilində yerləşən restoranın karantin qaydalarını pozaraq gecə saat 00:00-dan sonra işlədiyi müəyyən edilib.

Həmin obyektə gecə saatlarında keçirilən baxış zamanı fakt öz təsdiqini tapıb. Orada karantin qaydalarını pozan 22 nəfər və "Altus" otelin icarədarı Ş.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar ümumilikdə 8 400 manat cərimə ediliblər.

Profilaktik tədbir zamanı karantin qaydalarını pozan obyektdə olan daha 2 nəfər polisin qanuni tələbinə əməl etmədiklərinə, eləcə də tabesizlik göstərdikləri üçün onlar barəsində tərtib edilmiş protokol və toplamış material baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi