Bakıda gecə klubunda qətl törətməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
- 09 noyabr, 2017
- 07:56
Bakı. 9 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində gecə klubunda müştərini bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirlən Vüsal İbrahimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 10-na təyin edilib.
Qeyd edək ki, hadisə Nizami rayonu, metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən "Arbotaj" gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.
Xəstəxanaya aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan V.İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.İbrahimovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.