Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub
Hadisə
- 25 aprel, 2024
- 13:54
Bakının Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.
"Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığı da müəyyən edilib.
Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü A.Cəfərov 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Son xəbərlər
05:03
Xəzər dənizində zəlzələ baş verib
Hadisə04:52
CENTCOM: Limanların blokadasına başlayandan ABŞ 40-dan çox İran gəmisini ələ keçirib
Digər ölkələr04:11
Fidanla ispaniyalı həmkarı arasında telefon danışığı olub
Region03:45
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
Digər ölkələr03:22
Vuçiç: Serbiyada ehtiyatlardan on minlərlə ton neft çıxarılacaq
Digər ölkələr02:48
Tramp Almaniyadakı ABŞ hərbi kontingentini azaltmağı düşünür
Digər ölkələr02:05
Serbiyada Ərdoğanın planlaşdırılan səfəri ilə bağlı komitə yaradılıb
Digər ölkələr01:36
Adanada leysan yağışları daşqına səbəb olub, ölən var
Region01:07