Bakıda evdən 12 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Hadisə
  • 19 sentyabr, 2018
  • 08:53
Bakıda evdən 12 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakıda evdən 12 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.  

Belə ki, Abşeron rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Novxanı qəsəbəsindəki evlərin birindən 200 manat pul və 12 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Coşqun Məhərrəmov və Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş Qasım Abdullayev saxlanılıblar.