​Bakıda ərini tanışı ilə birgə öldürən qadının məhkəməsi təxirə salınıb

​Bakıda ərini tanışı ilə birgə öldürən qadının məhkəməsi təxirə salınıb Zərərçəkmişin hüquqi varisi məhkəməyə gəlməyib
Hadisə
16 Avqust , 2016 10:38
​Bakıda ərini tanışı ilə birgə öldürən qadının məhkəməsi təxirə salınıb

Bakı. 16 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası təxirə salınıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesin təxirə salınmasına səbəb zərərçəkmişin hüquqi varisinin məhkəməyə gəlməməsi olub.

Proses avqustun 18-nə təxirə salınıb.

Qeyd edək ki, qətl hadisəsi ötən il sentyabrın 26-da Yasamal rayonunda baş verib. Paytaxt sakini L.Mahmudova Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək həyat yoldaşı 39 yaşlı Kamran Mahmudovun itkin düşməsi barədə məlumat verib. Hadisədən 5 gün sonra K.Mahmudovun öldürüldüyü müəyyən edilib. Cinayətin mərhumun həyat yoldaşı L.Mahmudova və onun tanışı S.Məmmədov tərəfindən törədildiyini aşkara çıxarılıb. Hər 2 şəxs saxlanılaraq ifadələri alınıb. İstintaq araşdırmaları zamanı məlum olub ki, sentyabrın 26-da gecə saatlarında S.Məmmədov L.Mahmudovanın yaşadığı evə gəlib. Bu zaman mərhum Kamran Mahmudov və evdəki azyaşlı uşaqlar yatırmış.

L.Mahmudova ilə əvvəlcədən plan quran S.Məmmədov özü ilə gətirdiyi tapança ilə yatmış K.Mahmudovun baş nahiyyəsindən 3 dəfə atəş açaraq onu qətlə yetirib. Onlar izi itirmək məqsədilə meyidi hissələrə bölərək bağlamalara yığıblar. Sonra həmin bağlamalarla S.Məmmədov Bakıdan İsmayıllı rayonuna yola düşüb. O, meyidi İsmayıllı rayonunda meşədə basdıraraq Bakıya qayıdıb.

Xatırladaq ki, ki, L. Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, əri isə bizneslə məşğul olub.

Son xəbərlər

Orphus sistemi