Bakıda bankomatı sındıran qadınlar tutulub
Hadisə
- 16 may, 2016
- 07:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 may. REPORT.AZ/ Bakıda bankomatın ekranının şüşəsini sındıran qadınlar tutulub.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, mayın 15-də saat 04.00-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki “Bank VTB” ASC-yə məxsus Bakıxanov filialından Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən orada quraşdırılan bankomatın ekran şüşəsinin sındırılması müəyyən edilib. Bankomatın qarşısında dayanan əllərində daş olan Bakı şəhər sakinləri Almaz Muradova və Elmira Muradova saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil veriliblər.
Son xəbərlər
17:20
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Xarici siyasət17:19
Foto
Azərbaycan Dünya Mədəniyyətləri Festivalında təmsil olunub
Mədəniyyət siyasəti17:15
Azərbaycanın boks millisi Avropa çempionatında daha bir medal qazanıb - YENİLƏNİB
Fərdi17:08
Pakistanın bir əyalətində İmran Xanın tərəfdarlarının etirazları fonunda fövqəladə vəziyyət elan edilib
Digər ölkələr16:48
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
Digər ölkələr16:33
Çexiyada parlament seçkilərinin birinci turunda beş senator seçilib
Digər ölkələr16:15
Foto
Biləsuvarda zəncirvari yol qəzası olub, ölən və yaralananlar var
Hadisə16:03
Roma Papası ağciyərindən əməliyyat olunacaq
Digər ölkələr15:46