Bakıda avtomobillər toqquşub, ölən var

Bakıda avtomobillər toqquşub, ölən var Bakıda avtomobillər toqquşub, ölən var.
Hadisə
20 oktyabr 2022 05:17
Bakıda avtomobillər toqquşub, ölən var

Bakıda avtomobillər toqquşub, ölən var.

"Report"un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 19-u saat 11:50 radələrində Bakı-Aeroport yolunda, "Buta Palace" sarayının yaxınlığında qeydə alınıb.

Belə ki, Qənbərov Nurlan Qabil oğlunun idarə etdiyi "Hundai H65" markalı yük avtomobili ondan öndə dayanmış Abbasov Zahir Camal oğlunun idarə etdiyi "Ford Transit" markalı maşınının arxa hissəsi ilə toqquşub. Daha sonra "Ford Transit" markalı avtomobil qabaqda dayanmış Zahir Abbasova dəyib. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi