Bakıda avtomobillər toqquşub, 23 yaşlı gənc qız xəsarət alıb

Hadisə
  • 03 yanvar, 2023
  • 23:43
Bakıda avtomobillər toqquşub, 23 yaşlı gənc qız xəsarət alıb

Bakının Nizami rayonunda 23 yaşlı qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Qara Qarayev prospektində iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2000-ci il təvəllüdlü Əliyeva Fəridə Fərhad qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

44 - Tezliklə