Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb

Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb.
Hadisə
9 May , 2022 11:07
Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb

Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 7-də saat 22 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini S.Qasımovanın avtomobillə vurulması nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə 6-cı Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini Elçin Süleymanov avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi