Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib
Hadisə
- 26 noyabr, 2025
- 17:36
Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib.
"Report" xəbər verir ki, "Chevrolet Cobalt LTZ" markalı, 90-YQ-* dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsiz idarə edildiyi müəyyən olunub.
Paytaxtın Binəqədi şossesində həmin avtomobili idarə edən 2000-ci il təvəllüdlü Ələkbər Rzayevin yol hərəkəti qaydalarını dəfələrlə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı, həmçinin məsuliyyətdən yayınmaq üçün dövlət nömrə nişanını çıxardığı müəyyən edilib.
Polis əməkdaşları tərəfindən sürücü saxlanılıb, avtomobil müvəqqəti duracağa yerləşdirilib.
Ə.Rzayev barəsində qanunvericiliyə uyğun müvafiq məsuliyyət tədbirləri görülməklə 30 gün müddətinə inzibati qaydada həbs edilib.
Son xəbərlər
16:29
Sumqayıtda idman gimnastikası üzrə Azərbaycan birinciliyi keçiriləcək
Fərdi16:26
Azərbaycan güləşçiləri Antalyada "Zəfər Kuboku"nda mübarizə aparacaqlar
Fərdi16:23
Vladiqafqazda pirotexnika anbarında partlayış olub, iki nəfər ölüb, 14 nəfər yaralanıb
Digər ölkələr16:20
Azərbaycandakı sığorta şirkətlərinin nizamnamə kapitalının məbləğinə görə renkinqi (01.01.2026)
Maliyyə16:17
Starmer və Tramp gəmilərin Hörmüz boğazından keçidini müzakirə ediblər
Digər ölkələr16:12
Azərbaycanda listinqdə olan şirkətlərin bazar kapitalizasiyası 4 %-ə yaxın azalıb
Maliyyə16:10
Vüsal Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana gətirilib
Hadisə16:04
Polşa millisinin məşqçisi Yatsek Maqera 49 yaşında vəfat edib
Futbol16:00