Bakıda avtomobil yolu keçən piyadanı vurub

Hadisə
  • 31 yanvar, 2024
  • 01:48
Bakıda avtomobil yolu keçən piyadanı vurub

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, "Toyota Prius" markalı avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Əfəndiyev Mehman Yaqub oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.