Bakıda avtomobil yeniyetmə qıza xəsarət yetirib

Hadisə
  • 07 fevral, 2023
  • 04:27
Bakıda avtomobil yeniyetmə qıza xəsarət yetirib

Bakının Səbail rayonunda 12 yaşlı yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Qasımova Layla Fariz qızının ayağının üzərindən keçib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.