Bakıda yolu keçmək istəyən zaman avtomobilin vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.
Belə ki, Bakı şəhər sakini R.Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə Kürdəmir rayon sakini Elçin Hacıyevi vurub və nəticədə o, hadisə yerində ölüb.
*** 09:55
Video əlavə olunub
*** 01:30
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report" xəbər verir ki, hadisə Nərimanov rayonu
Rəhimov Rəcəb Musa oğlu idarə etdiyi "Mercedes Vita" markalı, "99-MH-889" dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Pünhan Məmmədovun idarə etdiyi "Tofaş" markalı, "90-HX-930-dövlət nömrə nişanlı avtomobildən düşərək yolu keçmək istəyən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir - red) vurub. Piyada aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
Hazırda DYP əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.
VİDEO: İlqar Abdullayev