Bakıda avtomobil gənc oğlanı vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil gənc oğlanı vuraraq ağır xəsarət yetirib Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 Yanvar , 2022 06:51
Bakıda avtomobil gənc oğlanı vuraraq ağır xəsarət yetirib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Orxan Orucovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi