Bakıda yük avtomobili Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürüb

Bakıda yük avtomobili Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürüb Bakıda yük avtomobili Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürüb.
Hadisə
23 Sentyabr , 2022 16:18
Bakıda yük avtomobili Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürüb

Bakıda yük avtomobili Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Zabrat-Maştağa yolunda qeydə alınıb.

Belə ki, Firdovsi Eyvazov idarə etdiyi "KamAZ" markalı yük avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən Sevgi Rəsulova və Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini vurub. Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində keçiniblər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli  "Report"un sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S.Rəsulova Dövlət Gömrük Akademiyasının işçisi, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.

Son xəbərlər

Orphus sistemi