Yeni Orleanda tankerlə kruiz gəmisi toqquşub, 20-yə qədər şəxs xəsarət alıb

Digər ölkələr
  • 14 noyabr, 2026
  • 02:23
Yeni Orleanda tankerlə kruiz gəmisi toqquşub, 20-yə qədər şəxs xəsarət alıb

ABŞ-nin Yeni Orlean şəhərində göyərtəsində 130-dan çox insanın olduğu çay kruiz gəmisi ilə tankerin toqquşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

Məlumata görə, "Atlantic Asphalt" şirkətinə məxsus tanker yerli vaxtla günorta radələrində Missisipi çayındakı dokda "American Heritage" gəmisi ilə toqquşub.

İnsidentdən sonra Yeni Orlean Universitetinin Tibb Mərkəzi və digər "LCMC Health" xəstəxanaları iyirmiyə yaxın zərərçəkəni qəbul edib.

Zərbənin ardınca kruiz gəmisi böyür üstə aşıb və batmağa başlayıb.

Hadisə yerində aidiyyəti qurumların əməkdaşları çalışır, hadisənin təfərrüatları araşdırılır.