Bakıda Allaha üsyan etdiyinə görə dostunu öldürən şəxsin məhkəmə istintaqı başa çatıb

Bakıda Allaha üsyan etdiyinə görə dostunu öldürən şəxsin məhkəmə istintaqı başa çatıb Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib
Hadisə
18 Aprel , 2018 17:14
Bakıda Allaha üsyan etdiyinə görə dostunu öldürən şəxsin məhkəmə istintaqı başa çatıb
Report

Bakı. 18 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüqar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib. Həmin gün prokuror V.Həsənova cəza istəyəcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonu ərazisində baş verib. Paytaxt sakini, 31 yaşlı Vüqar Əbdülhəmid oğlu Həsənov Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi 20 ünvanında Elşən Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb isə mərhumun Allahı və peyğəmbərə üsyan etməsi olub. 

Belə ki, E.Məmmədovun azyaşlı övladı xərçəng xəstəliyindən dünyasını dəyişib. V.Həsənov da dostunun oğlunun yas mərasimi günü orada iştirak edib. E.Məmmədov oğunun ölməsinə üzüldüyünü deyib və buna görə də Allahı və peyğəmbəri günahkar bilib, üsyan edib.

Daha sonra dostu Allahı və peyğəmbərə üsyan etdiyi üçün V.Həsənov ona etiraz edib. Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Onlar mübahisəni yas mərasimindən kənarda etməyə başlayıblar.

Mübahisə qanlı sonluqla nəticələnib. Onlar əvvəl bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər.

Ağır xəsarət alan V.Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadisə yerində dünyasını dəyişib. Əraziyə Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb olunub, müayinələr aparılıb.

Məlumata görə, hər iki şəxs eyni məhəllədə yaşayıb və yaxın dost olublar. Onların hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.

Son xəbərlər

Orphus sistemi