Bakıda Akademiyanın qarşısında avtomobil piyadanı vuraraq öldürüb

Bakıda Akademiyanın qarşısında avtomobil piyadanı vuraraq öldürüb Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
29 Mart , 2022 11:17
Bakıda Akademiyanın qarşısında avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobillə piyadanı vuran sürücü tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 28-də saat 5 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yolu keçən Sabirabad rayon sakini Rauf Nəsirov “Toyota” markalı avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

Nərimanov Rayon polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədən, həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini A.Bağırov müəyyən edilərək saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

10.51

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə martın 28-i saat 04:27-də radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospekti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qarşısında qeydə alınıb.

Belə ki, şəxsiyyəti istintaqa məlum olmayan sürücünün idarə etdiyi "Toyota Prius" markalı avtomobil yolu keçən piyada Nəsirov Rauf Vahup oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayonu Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Rəvan Əziz

Son xəbərlər

Orphus sistemi