Bakıda adam öldürən keçmiş məhkumların məhkəməsi başlayır

Bakıda adam öldürən keçmiş məhkumların məhkəməsi başlayır Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Tural Şirinov, Ramil İsrafilov və Rauf Hənifəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hadisə
8 Fevral , 2021 09:19
Bakıda adam öldürən keçmiş məhkumların məhkəməsi başlayır

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Tural Şirinov, Ramil İsrafilov Rauf Hənifəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 17-də Yasamal rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini, 1979-cu il təvəllüdl Rauf Hənifəyev və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Ramil İsrafilov saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, qətl hadisəsindən iki gün əvvəl Cəlal Hüseynovla narkotik asılılığı olan Tural adlı şəxs arasında münaqişə yaranıb.

İyunun 17-də Tural Cəlal Hüseynovla münasibətləri yenidən qaydasına salmaq qərarına gəlib və M.Əliyev küçəsində onunla görüş təyin edib.

Tural adlı şəxs ora tək gəlməyib. O, tanışları Ruaf Hənifəyev və Ramil İsrafilov ilə birlikdə həmin ünvana gəlib. Bu vaxt tərəflər arasında dava başlayıb, Rauf Hənifəyev Cəlal Hüseynova qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi