Bakıda 58 yaşlı kişini avtomobil vurub

Hadisə
  • 06 may, 2022
  • 02:18
Bakıda 58 yaşlı kişini avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1964-cü il təvəllüdlü Həsənov Xaliq Ərşad oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.