Bakıda 43 yaşlı qadını avtomobil vurub

Hadisə
  • 15 oktyabr, 2022
  • 23:49
Bakıda 43 yaşlı qadını avtomobil vurub

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1979-cu il təvəllüdlü Bağırova Aidə Oktay qızı yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.