Bakıda 34 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Hadisə
  • 15 fevral, 2023
  • 03:40
Bakıda 34 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Bakının Sabunçu rayonunda 34 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, 1989-cu il təvəllüdlü Həsənova Günel Sahib qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.