Bakıda 22 yaşlı motosikletçini avtomobil vuraraq ağır xəsarət yetirib

Hadisə
  • 07 mart, 2023
  • 02:41
Bakıda 22 yaşlı motosikletçini avtomobil vuraraq ağır xəsarət yetirib

Bakının Səbail rayonunda gənc oğlanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 2001-ci il təvəllüdlü Nurlan Əsədli idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

44 - Tezliklə