Bakıda 18 il əvvəl qətl törədən şəxsin məhkəməsi başlayıb

Bakıda 18 il əvvəl qətl törədən şəxsin məhkəməsi başlayıb Bakıda 18 il əvvəl qətl törətməkdə təqsirləndirilən Bəxtiyar Dadaşovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hadisə
10 Mart , 2022 11:42
Bakıda 18 il əvvəl qətl törədən şəxsin məhkəməsi başlayıb

Bakıda 18 il əvvəl qətl törətməkdə təqsirləndirilən Bəxtiyar Dadaşovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 28-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2003-cü ilin dekabrında paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, B.Dadaşov tanışı İlham Məmmədov 2003-cü ilin dekabrın 19-da “Fəvvarələr meydanı” adlanan ərazidə gəzərkən pul qazanmaq məqsədi ilə taksi sürücüsünü oğurlamaq qərarına gəliblər. Bunun üçün “QAZ-24” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ramiz Əmirova yaxınlaşıb Əmircan qəsəbəsinə aparmağa dair razılaşıblar, ünvana çatdıqdan sonra gecə vaxtı olmasından istifadə edərək hər ikisi Ramiz Əmirova müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə pulunu ələ keçiriblər, bununla qane olmayıb sonuncunun arvadına zəng edib ərini oğurladıqlarını bildirərək, sərbəst buraxılması müqabilində pul tələb ediblər.

Lakin bir müddət sonra B.Dadaşov və İ.Məmmədov ifşa olunmaqlarından ehtiyatlandıqları üçün R. Əmirovu boğaraq qəsdən öldürüblər.

Keçirilən zəruri istintaq hərəkətləri nəticəsində 2021-ci ilin dekabrın 15-də B.Dadaşova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətin digər iştirakçısı İ.Məmmədov vəfat etdiyinə görə, onun cinayət işi üzrə icraata xitam verilib.

Son xəbərlər

Orphus sistemi