Bakı-Yevlax yolunda qar və duman səbəbindən zəncirvari qəza olub - FOTO
Hadisə
- 17 fevral, 2019
- 07:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 fevral. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Şirvan bürosunun məlumatına görə, zəncirvari qəza yolun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolun qarlı və dumanlı olması səbəbindən Şamaxı istiqamətində hərəkətdə olan "Ford" markalı maşın beton arakəsməyə dəyərək əzilib. Avtomobili ərazidən təxliyyə etməyə gələn evakuator hadisə yerində dayanan zaman, "Opel" və "Lada" markalı iki minik avtomobili arxadan ona çırpılıb. Nəticədə maşınların 4-dü də əzilib.
Qəza zamanı 1991-ci il təvəllüdlü Şəki rayon sakini Mirhəmidov Rövşən Hacı oğlu xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
03:12
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
Digər ölkələr02:37
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
Digər ölkələr02:09
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
Digər ölkələr01:52
"Axios": ABŞ İranın iki diplomatını ölkədən çıxarıb
Digər ölkələr01:21
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
Region00:58
Özbəkistanda iki nazirlik Təhsil və Elm Nazirliyinə birləşdirilib
Region00:43
UEFA Millətlər Liqası: İspaniya ev, İngiltərə səfər oyununda qalib gəlib
Futbol00:19
Pentaqon Ayətrafı sistemlərdən hərbi məqsədlərlə istifadə imkanını öyrənir
Digər ölkələr00:01