Bakı şəhər sakinindən tapança götürülüb

Hadisə
  • 21 aprel, 2016
  • 09:17
Bakı şəhər sakinindən tapança götürülüb

Bakı. 21 aprel. REPORT.AZ/ Bakı şəhər sakinindən tapança götürülüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Elxan Məmmədovdan “Walther” markalı tapança götürülüb.

Faktla bağlı araşdırma aparılır.