Bakı Şəhər Prokurorluğu: Qatil İraq Hava Yollarının əməkdaşına 5 atəş açıb

Bakı Şəhər Prokurorluğu: Qatil İraq Hava Yollarının əməkdaşına 5 atəş açıb Elşən Bəşirov polisə təslim olub
Hadisə
7 Yanvar , 2017 15:57
Bakı Şəhər Prokurorluğu: Qatil İraq Hava Yollarının əməkdaşına 5 atəş açıb

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Bu gün Bakıda ofisdə baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.

Bakı Şəhər Prokurorluğundan "Report"a verilən məlumata görə, "İraq Hava Yolları" aviaşirkətinin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı Nümayəndəliyində sürücü vəzifəsində işləyən 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Bəşirov Elşən Rəfayət oğlu orada satış üzrə menecer işləyən Ağaəli Əli Valid oğlu ilə aralarında yaranmış şəxsi münaqişə zəminində baş vermiş mübahisə zamanı özünə məxsus "Vinçester" markalı ov tüfəngi ilə menecerin bədəninin müxtəlif nahiyələrinə 5 atəş açaraq qəsdən öldürüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

E.Bəşirov polisə gələrək təslim olub və cinayətin aləti olan ov tüfəngini təqdim edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi