Bakı-Qazax yolunda zəncirvari qəza baş verib, yaralananlar var - YENİLƏNİB

Hadisə
  • 21 fevral, 2017
  • 16:10
Bakı-Qazax yolunda zəncirvari qəza baş verib, yaralananlar var - YENİLƏNİB

Şəmkir. 21 fevral. REPORT.AZ/ Bakı-Qazax magistral yolunda zəncirvari avtoqəza baş verib.

"Report"un qərb bürosunun məlumatına görə, hadisə magistral yolun 392-ci kilometrliyində, Şəmkir rayonunun Seyfəli kəndinin ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, Şəmkir şəhər sakini, 1963-cü il təvəllüdlü Abbasəli Əhmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq qarşı tərəfdən gələn 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Qalib Hüseynovun idarə etdiyi "VAZ-21014" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "VAZ-21014" markalı avtomobil hərəkətdə olan başqa bir "VAZ-2106" markalı avtomobillə toqquşub. 

Hadisə nəticəsində "VAZ-21014"ün sürücüsü və A.Əhmədov yüngül xəsarət alıb, digər avtomobildə isə xəsarət alan olmayıb. 

Qəzaya A.Əhmədovun avtomobilini sərxoş halda idarə etməsinin səbəb olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti