Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının yeni korpusu istifadəyə verilib

Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının yeni korpusu istifadəyə verilib Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının yeni korpusu istifadəyə verilib.
Hadisə
11 Oktyabr , 2024 17:36
Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının yeni korpusu istifadəyə verilib

Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının yeni korpusu istifadəyə verilib.

Bu barədə "Report"a məhkəmədən məlumat verilib.

Bildirilib ki, tikintisi başa çatdırılan yeni korpus istifadəyə verilib.

Ali Məhkənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov binada yaradılmış şəraitlə tanış olub.

Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə ünvanında yerləşən yeni korpus 6 mərtəbədən ibarətdir. Hər mərtəbənin sahəsi 445,5 kv.m olmaqla ümumi sahəsi 2673 kv.m-dir. Korpusun beş mərtəbəsində, ümumilikdə 100 nəfərdən artıq hakimin, hakim köməkçilərinin və məhkəmə iclas katiblərinin yerləşdirilməsi üçün xidməti otaqlar, təlim və seminarların təşkil edilməsi üçün iclas zalı yaradılıb.

Sonra İnam Kərimov Bakı Apellyasiya Məhkəməsinə yeni təyin edilmiş hakimlərlə görüş keçirib. Hakimləri təbrik edən Sədr, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi