Bakı Ali Neft Məktəbi tələbəsinin ölümü ilə bağlı məlumat yayıb

Bakı Ali Neft Məktəbi tələbəsinin ölümü ilə bağlı məlumat yayıb Zeynab Kazımova: "İstintaq getdiyindən hadisənin mümkün səbəbləri barədə məlumat verilmir"
Hadisə
11 Oktyabr , 2016 14:02
Bakı Ali Neft Məktəbi tələbəsinin ölümü ilə bağlı məlumat yayıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) tələbəsinin ölümü ilə bağlı məlumat yayıb.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova "Report"a bildirib ki, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Hüseyn Maarif oğlu Abbasov tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib: "Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İstintaq getdiyindən hadisənin mümkün səbəbləri barədə məlumat verilmir".

Onun sözlərinə görə, son vaxtlar tələbə özünə qapanıbmış: "Ötən bir ayda dərslərdə iştirak etməyib. BANM-in müvafiq qurumları da bununla bağlı tələbənin valideynlərini məlumatlandırıblar".

BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş verən hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verirlər.

Son xəbərlər

Orphus sistemi