Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün Bakı
"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Nuriyeva bacılarının prosesdə iştirak edən atası Etibar Nuriyev növbəti prosesin qapalı keçirilməsini istəyib.
Məhkəmə prosesi oktyabrın 20-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayında baş verib. Bakının Xətai rayonunda 20 yaşlı Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra başını kəsib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.
Nuriyeva bacılarının atası Etibar Nuriyevin biznesmen olduğu bildirilir.