Bacı-qardaşını öldürmək istəyənin cinayət işi baxışa təyin edildi

Hadisə
  • 21 may, 2020
  • 10:34
Bacı-qardaşını öldürmək istəyənin cinayət işi baxışa təyin edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində bacı-qardaşını öldürməyə cəhddə təqsirləndirilən İlham Bədəlovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

“Report”un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xəzər rayonu Binə qəsəbəsində baş verib.

1971-ci il təvəllüdlü Bədəlov İlham Şura oğlu münaqişə zamanı burğacla 1970-ci il təvəllüdlü bacısı Aygün Bədəlovaya hücum edərək ona xəsarətlər yetirib.

Daha sonra o, "KIA" markalı avtomobilinə əyləşərək, maşını qardaşı, 1973-cü il təvəllüdlü Elxan Bədəlovun üzərinə sürüb və ona ağır bədən xəsarəti yetirib.

Saxlanılan zaman İ.Bədəlov bildirib ki, münaqişəyə səbəb xəstə atasına düzgün qayğı göstərilməməsi olub. O, az qala bütün sutkanı işlədiyini, evdə ondan başqa üç bacısı və üç qardaşı olmasına baxmayaraq, atasına baxmadıqları üçün özündən çıxdığını qeyd edib.

Ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

44 filmi